“İnterpol” Azərbaycanda anadan olan Diananı axtarır - Foto

interpol-azerbaycanda-anadan-olan-dianani-axtarir
Oxunma sayı: 2959

Rusiya polisi Babayeva Diana adlı qadını beynəlxalq axtarışa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterpol”un rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, 1996-cı ildə Azərbaycanda anadan olmuş Rusiya əsilli Diana Babayeva terror təşkilatına və qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.