“iPhone”la qoz sındıran aktrisa tənqid olundu - Video

iphonela-qoz-sindiran-aktrisa-tenqid-olundu
Oxunma sayı: 2575

Aktrisa Doğa Rutkayın sosial şəbəkə sərt reaksiyalara səbəb olan videosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa “iPhone” telefonu ilə qoz sındırarkən çəkilmiş görüntüsünü paylaşıb. Bu isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Doğanın bahalı telefonla qoz sındırmasını pulunun çox olması ilə əlaqələndirərək bunun doğru addım olmadığını bildiriblər.

İzləyicilər Rutkayın videosuna “Pulu çoxdur, vecinə deyil” şəklində şərhlər yazıblar.