“İqtisadiyyatımız yaşıl artım tempi ilə inkişafına davam edəcək” - Video

iqtisadiyyatimiz-yasil-artim-tempi-ile-inkisafina-davam-edecek
Oxunma sayı: 1595

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Real TV”yə müsahibəsində bildirib ki, ölkənin 2030-cu ilə qədər olan 5 əsas prioritetindən biri məhz təmiz ətraf mühit, yaşıl artım məsələlərini özündə ehtiva edir.

O qeyd edib ki, bu, bir daha bütün dünyaya mesajdır ki, Azərbaycanın iqtisadiyyatı yaşıl artım tempi ilə inkişafına davam edəcək.

Daha ətraflı videoda: