“İran İsrail üçün ciddi təhlükə olaraq qalır”

iran-israil-ucun-ciddi-tehluke-olaraq-qalir
Oxunma sayı: 803

“İran İsrail üçün ciddi təhlükə olaraq qalır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında deyib.

Netanyahunun sözlərinə görə, İsrail İranla bağlı məsələlərdə ABŞ ilə davamlı koordinasiyalı şəkildə işləyir.

O, həmçinin Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə və uranı zənginləşdirməsinə imkan verməyəcəyi ilə bağlı razılığa gələ biləcəyinə ümid etdiyini deyib:

“Belə bir şey əldə olunarsa, biz bunu alqışlayacağıq”.