“İran İsrailə qarşı əməliyyat zamanı mülki obyektlərə zərbələr endirməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Nazir bildirib ki, İranın İsrailə qarşı hərbi əməliyyatı məhdud idi:
“İran F-35 təyyarələri üçün yalnız uçuş-enmə zolaqlarını hədəfə alıb”.