ABŞ lideri Donald Tramp İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında məlumat yayıb.
Prezident qeyd edib ki, ABŞ ordusu son saatlarda ABŞ tarixində ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib:
“İranda dağlarda qalan və düşmən tərəfindən axtarılan ABŞ pilotu (polkovnik) uğurla xilas edilib və indi təhlükəsiz vəziyyətdədir. ABŞ ordusu onun yerini 24 saat izlədikdən sonra xilas planı hazırlayıb. ABŞ ordusu İran səmasında tam hava üstünlüyü əldə edib. Heç bir amerikalı əsgər həlak olmayıb”.
Xatırladaq ki, daha əvvəl də həmin qırıcının pilotlarından birinin xilas olunması açıqlanmışdı.
Son xəbərlər
Son Xəbərlər