İrana məxsus yük maşını Ermənistanda qəzaya düşdü - Sürücü öldü

irana-mexsus-yuk-masini-ermenistanda-qezaya-dusdu
Oxunma sayı: 2593

İrana məxsus yük maşını Sünik (Zəngəzur) vilayətinin Liçk kəndi yaxınlığında Mehri-Yerevan yolunun 25 kilometrliyində qəzaya uğrayıb.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, yük maşını yoldan çıxaraq 500 metr yüksəklikdən dərəyə yuvarlanıb.

İran vətəndaşı olan sürücü hadisə yerində ölüb.