İranda casusluq və kəşfiyyat fəaliyyətində şübhəli bilinən 10 əcnəbi saxlanılıb.
“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
Həmin şəxslərdən dördünün strateji obyektlər və iqtisadi infrastruktur haqqında məlumat topladığı iddia olunur.
Daha üç nəfərin isə ölkənin şimal-şərqində hərbi-səhra əməliyyatlarının keçirilməsini planlaşdırdığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər