İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda başlayan etiraz dalğası ölkənin qərb və cənub-qərb bölgələrində qanlı toqquşmalarla müşayiət olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, Çaharmahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən silahlı qarşıdurma nəticəsində 30 nəfər yaralanıb, iki nəfər isə itkin düşüb. Məlumata görə, bəzi nümayişçilərin odlu silahdan istifadə etməsi və inzibati binalara hücum çəkməsi vəziyyəti daha da gərginləşdirib.
Xatırladaq ki, dekabrın sonundan etibarən iqtisadi çətinliklərə etiraz olaraq başlayan aksiyalar artıq ölkənin 25 əyalətində 60-dan çox şəhəri bürüyüb. Ən şiddətli qarşıdurmalar Lordeqanla yanaşı, Məlikşahi və Kirmanşah şəhərlərində qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər