İrandan gələnlər Astara xəstəxanasında 6 saat gözlədilib? - Video

irandan-gelenler-astara-xestexanasinda-6-saat-gozledilib
Oxunma sayı: 3558

İrandan gələn Azərbaycan vətəndaşları Astara xəstəxanasında 6 saat gözlədilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilir ki, gözləmə müddətində onlara su verilməyib. Qeyd olunur ki, xəstəxanada koronavirusla bağlı hər hansı qabaqlayıcı tədbirlər görülməyib. Tibb işçisi vətəndaşlara palatalarda gözləməyi təklif edib. Həmin şəxslərin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılacağını bildiriblər.

“Qafqazinfo” məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb. Onlar məlumatdan xəbərdar olduqlarını və bu barədə açıqlama yayacaqlarını bəyan ediblər.

Günel Türksoy