“İsrailin xarici kəşfiyyat xidməti “Mossad” müharibə dövründə İranın qapalı strukturlarından strateji və taktiki kəşfiyyat məlumatlarının əldə edilməsi üzrə əməliyyatlar keçirib”.
“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu “Mossad”ın direktoru David Barnea 2025-ci ildə həyata keçirilən əməliyyatlara həsr olunan tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, xarici kəşfiyyat xidməti son illərdə gizli fəaliyyət göstərən təşkilatdan fəal əməliyyatlar həyata keçirən təşkilata çevrilib:
“Bu cür dəyişikliklər, xüsusilə İrana və Livana qarşı əməliyyatlarda özünü göstərdi və yeni bölmələrin yaradılması, ixtisaslaşdırılmış imkanların inkişafı və müasir texnologiyaların tətbiqi sayəsində mümkün oldu”.
Son xəbərlər
Son Xəbərlər