İraq İrana uçuşları dayandırdı

iraq-irana-ucuslari-dayandirdi
Oxunma sayı: 1679

İraq Hava Yolları İrana və əks istiqamətə bütün uçuşları dayandırıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Nəqliyyat Nazirliyinin məlumatında deyilir. Bağdad, Bəsrə və Nəcəf hava limanlarındakı uçuşları əhatə edən qərara İranda ölümlə nəticələnmiş koronavirusun yayılması səbəb olub.

Xatırladaq ki, İranın Qum şəhərində 2 nəfər koronavirusdan dünyasını dəyişib. Onların Çinə səyahət etmədikləri məlum olub. Bu gün daha 3 nəfərdə də Covid-19 virusu tapılıb.