Ermənistanda mitinq başladı - Paşinyana 1 saat vaxt verildi

ermenistanda-mitinq-basladi
Oxunma sayı: 7611

Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, onlar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.

Aksiyaçılara qoşulan Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası üçün bir saat vaxt verdiyini bildirib:

"Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram".

Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edərək, bugünkü mitinqin qarşısının alınacağını açıqlamışdı.