İsmayıllıda hotel yandı

ismayillida-hotel-yandi
Oxunma sayı: 2758

İsmayıllıda hotel yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə İsmayıllı rayonu Gəndov kəndindəki “Family İnn” hoteldə qeydə alınıb.

Yanğın zamanı T.Həsənova məxsus üçmərtəbəli hotelin üçüncü mərtəbəsinin 525 k/m sahəsi içərsindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Hotelin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Mübariz Muradov