İspaniyada bir gündə koronavirusdan rekord ölüm

ispaniyada-bir-gunde-koronavirusdan-rekord-olum
Oxunma sayı: 4891

İspaniyada son 24 saatda 849 nəfər koronavirusdan həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8,189-a çatıb.

Virusa yoluxanların ümumi sayının isə 94,417-yə çatdığı bildirilib.