İspaniyada vulkan püskürdü

ispaniyada-vulkan-puskurdu
Oxunma sayı: 1266

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) vulkan püskürməsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, adanın Kumbre-Vyexa vulkan silsiləsindəki nöqtələrdən birində qara və ağ tüstü müşahidə edilir.

85 minədək insanın yaşadığı adada son günlər seysmoloji aktivlik güclənib, təxminən bir həftə boyu yüzlərlə aşağı maqnitudalı zəlzələlər qeydə alınıb.

Hakimiyyət orqanları ehtiyat tədbirləri qismində episentrə yaxın ərazidəki kəndlərdən kiçik mobil qrupların təxliyyəsinə başlayıb. Təcili xidmətlər lazım gəldiyi təqdirdə minədək insanı təxliyyə etməyə hazır olmaq tapşırığı alıb.

Adada təhlükə səviyyəsi sarıdan narıncıya qaldırılıb, regional yollar bağlanıb.