İsrail 150 meyiti təhvil verdi - 25-nin kimliyi bəllidir

israil-150-meyiti-tehvil-verdi
Oxunma sayı: 887

İsrail müharibə Qəzzada həlak olmuş 150 fələstinlinin meyitini geri qaytarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb:

“Nazirlik oktyabrın 19-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə İsrail hakimiyyəti tərəfindən təhvil verilən 15 meyiti qəbul edib. Bununla da alınan meyitlərin ümumi sayı 150-yə çatıb”.

Məlumatda qeyd edilib ki, cəsədlərdən yalnız 25-nin şəxsiyyətini müəyyən etməyə nail olunub.