İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda “Hizbullah” qruplaşmasının hərbi infrastrukturuna qarşı hava əməliyyatı keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, zərbələr nəticəsində “Hizbullah”ın bir neçə silah anbarı və İsrail mövqelərinə hücum üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarının (PUA) buraxılış meydançası hədəf alınıb.
Ordunun hesabatında həmçinin qeyd olunub ki, bundan əvvəlki zərbələr zamanı döyüşə hazır vəziyyətdə olan iki raket qurğusu da məhv edilib. Bu qurğulardan birinin Livanın cənubundakı hərbçilərə, digərinin isə birbaşa İsrail ərazisinə zərbələr endirmək üçün hazırlandığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər