İsrail parlamenti növbəti dəfə özünü buraxdı

İsrail parlamenti növbəti dəfə özünü buraxdı
Oxunma sayı: 776

İsrail parlamenti (Knesset) növbəti dəfə özünü buraxıb və seçkilərin yenidən keçirilməsi qanununu qəbul edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib.

Özünü buraxmaq qərarı Nazirlər Kabinetinin formalaşdırılması üçün ölkə Prezidenti tərəfindən parlamentə verilən səlahiyyət müddətinin bitməsinə bir neçə saat qalmış qəbul edilib. 

Ölkədə növbəti parlament seçkiləri 2020-ci il martın 2-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəlki seçkilər 2019-cu ilin 9 aprel və 17 sentyabr tarixlərində keçirilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi