İsrail səfirinin paylaşımı marağa səbəb oldu

israil-sefirinin-paylasimi-maraga-sebeb-oldu
Oxunma sayı: 7085

İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfir tvitter hesabında yazıb:

“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”

Xəbəri rus dilində oxuyun: Публикация посла Израиля вызвала интерес

Qeyd edək ki, səfirin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb. İstifadəçilər bununla Corc Dikin İranın Ali rəhbəri Əli Xameneinin dünənki paylaşımına eyham vurduğunu bildiriblər.

Xatırladaq ki, dünən Zəngilana böyük qayıdışın reallaşdığı bir vaxtda Azərbaycanın sevincini həzm edə bilməyən İranın Ali rəhbəri Əli Xamenei isə tvitterdə belə paylaşım etmişdi:

“Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur”.