İsrail və Suriya bu haqda razılığa gəldi

israil-ve-suriya-bu-haqda-raziliga-geldi
Oxunma sayı: 1686

Parisdə ABŞ-nin rəhbərlik etdiyi İsrail-Suriya danışıqlarının son raundu zamanı İsrail və Suriya etimad yaratmaq və təhlükəsizlik razılaşması əldə etmək üçün addımlar atmağa razılaşıblar.

“Qafqazinfo” xəbər verir ki, bu haqda N12 TV İsrail mənbəsinə istinadən məlumat yayıb.

“Tərəflər ABŞ prezidenti Donald Trampın vizyonuna uyğun olaraq təhlükəsizliklə bağlı razılığa gəlmək istəyini ifadə ediblər”, – məlumatda deyilir.

Bildirilir ki, iki ölkənin nümayəndələri “təhlükəsizliklə bağlı razılaşma əldə etmək məqsədi ilə danışıqları sürətləndirmək”, “daha ​​tez-tez görüşlər keçirmək” və “etimad yaratmaq üçün addımlar atmaq” barədə razılığa gəliblər.