İstanbul terrorunda milyarder iş adamı da öldürülüb

istanbul-terrorunda-milyarder-is-adami-da-oldurulub
Oxunma sayı: 11434

İraq əsilli iordaniyalı iş adamı və ölkənin ən zəngin şəxslərindən olan Muhammed el-Sarraf da Türkiyədəki Reina terrorunda ölüb.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamının İraq və İordaniyada 13 şirkəti var.

Telekommunikasiya, mühafizə və digər sahələrə maliyyə ayıran El-Sarrafın yaxın dostu Navras Affas da terror nəticəsində ölüb.

Qeyd edək ki, Affas İordaniyada məşhur klublardan birinin sahibidir və həmin gün dostu ilə yeni ili qeyd etmək üçün İstanbula getmişdi.