İstanbulun Şile bölgəsində restoranların birində yanğın baş verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, alovlar sonradan həmin restorana bitişik olan daha 5 restorana sıçrayıb.
Hadisə zamanı biri yanğınsöndürən olmaqla 3 nəfər yaralanıb.
Üçsaatlıq mübarizədən sonra yanğını söndürmək mümkün olub.
Yanğının səbəbi hələ məlum deyil.

Son xəbərlər
Son Xəbərlər