İstanbulda restorana silahlı hücum - Yaralılar var+Video

istanbulda-restorana-silahli-hucum
Oxunma sayı: 11708

İstanbulda restoranlardan birinə silahlı hücum olub.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum zamanı 1-i ağır olmaqla 2 kişi yaralanıb. Onlardan biri restoranın sahibi, digəri isə universitet professorudur.

Məlumata görə, ağ rəngli avtomobildə olan şəxs və ya şəxslər restorana atəş açıblar. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.