İstanbulda səhər əməliyyatı - 17 nəfər saxlanıldı

istanbulda-seher-emeliyyati
Oxunma sayı: 699

İstanbul polisi narkotacirlərə qarşı genişmiqyaslı əməliyyatlarını davam etdirir. 

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə şəhər Polis İdarəsi məlumat yayıb. Məlumata görə, səhər saatlarında İstanbulun ayrı-ayrı hissələrində polisin başladığı əməliyyat nəticəsində 17 nəfər saxlanılıb. Məlumatda qeyd olunur: "Bütün saxlanılanlar Türkiyə vətəndaşlarıdır".

Qeyd edək ki, bir qədər öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin güc strukturlarını narkomaniyaya qarşı mübarizəni gücləndirməyə çağırmışdı. Ölkə lideri bildirmişdi ku, ölkə gənclərinə qarşı yönəlmiş terror və narkomaniya arasında heç bir fərq yoxdur. Ərdoğan demişdi: "Hamı narkomaniya ilə mübarizə aparmalıdır".