İstanbulda taxıl sazişi imzalandı - Video

istanbulda-taxil-sazisi-imzalandi
Oxunma sayı: 3959

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından “Taxıl məhsullarının daşınmasına dair” saziş imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, imzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.

Qeyd edək ki, iyulun 13-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında görüş olub. Dördtərəfli görüş zamanı taxıl ixracı üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub.