“Taxıl məsələsi” ilə bağlı görüşdə razılıq əldə olundu - Yenilənib

taxil-meselesi-ile-bagli-gorusde-raziliq-elde-olundu
Oxunma sayı: 6665

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl böhranı mövzusunda danışıqlar başlayıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, görüşdə 3 ölkənin Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti iştirak edir. 

Tərəflər Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin hərəkət istiqamətini və təhlükəsizlik məsələlərini müzakirə edir.

Qeyd edək ki, fevralın 24-dən davam edən müharibə səbəbindən yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.

***

İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında keçirilən danışıqlar başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

***

Dördtərəfli görüş zamanı taxıl ixracı üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri gələn həftə yenidən Türkiyədə görüşəcək.

Həmçinin növbəti həftə “taxıl dəhlizi” ilə bağlı sənədin imzalanması da gözlənilir.