İstanbuldakı terrorda ölənlərin sayı 38 nəfərə çatdı - 155 yaralı

istanbuldaki-terrorda-olenlerin-sayi-38-nefere-catdi
Oxunma sayı: 3240

Türkiyənin İstanbul şəhərinin “Beşiktaş” stadionunun qarşısında baş vermiş partlayışlar nəticəsində həlak olanların sayı 38 nəfərə yüksəlib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, həlak olan 38 nəfərdən 30-u polis, 7-si mülki vətəndaşdır, digər 1 nəfərin isə kimliyi müəyyənləşdirilməyib.

Səhiyyə naziri Rəcəb Akdağ 14-ü ağır olmaqla 155 nəfərin xəsarət aldığını deyib.