İsveç hökuməti saylarının kəskin azalması səbəbindən kirpiləri ilk dəfə ölkənin Qırmızı Kitabına daxil edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, son 15 ildə İsveçdə kirpilərin sayı təxminən iki dəfə azalıb.
Buna əsas səbəb isə onların yaşayış mühitinin pisləşməsidir.
Məlumata görə, hökumət milli mühafizə altında olan heyvanların siyahısını da yeniləyib.
Yeni siyahıya 230-dan çox növ daxil edilib. Burada həşəratlar, mamırlar və göbələklərin sayı artırılıb, bəzi bitki növləri isə siyahıdan çıxarılıb.





Son xəbərlər
Son Xəbərlər