Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarının ərazisindən meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.
Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Daha əvvəl ürək əməliyyatı keçirmiş əməkdaşın işdən sonra paltarını dəyişərkən infarktdan öğldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***
“İri Şəhərlərin Su Təchizatı” QSC hadisə ilə bağlı məlumat yayıb.
Açıqlamada deyilir:
“Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi diaqnoza görə Mahir Ramazanov ürəktutma nəticəsində vəfat edib”.
Son xəbərlər
Son Xəbərlər