“İsveç terrorla mübarizədə Türkiyəyə dəstək olmalıdır” - Ərdoğan

isvec-terrorla-mubarizede-turkiyeye-destek-olmalidir
Oxunma sayı: 1527

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Ulf Kristersson arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.

Ərdoğan danışıqlar zamanı İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu qeyd edib.