İsveçrəni o təmsil edəcək - Video

isvecreni-o-temsil-edecek
Oxunma sayı: 1972

 

“Avroviziya 2024” musiqi yarışmasında daha bir ölkəni təmsil edəcək ifaçının adı bəlli olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, İsveçrəni müsabiqədə “The Code” mahnısı ilə Nemo təmsil edəcək.

Xatırladaq ki, bu il İsveçin Malmö şəhərində keçiriləcək yarışmanın birinci və ikinci yarımfinalları 7 və 9 mayda, finalı isə mayın 11-də baş tutacaq. Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.