İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, səbəb İtaliyanın xarici işlər naziri Antonio Tacaninin “X” hesabında etdiyi paylaşım olub.
Belə ki, o, Avropa İttifaqı ölkələrinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanımağı təklif edəcəyini bəyan edib.
İran XİN İtaliya səfirinə SEPAH-ın terror təşkilatı kimi tanınmasının destruktiv nəticələrə gətirib çıxaracağını vurğulayıb.
Eyni zamanda, İtaliya XİN rəhbərini özünün yanlış yanaşmasını düzəltməyə çağırıb, bu cür yanaşmanın “dağıdıcı” nəticələri barədə xəbərdarlıq edib.
Son xəbərlər
Son Xəbərlər