İtaliyada üçüncü doza vaksinasiyaya başlanılır

italiyada-ucuncu-doza-vaksinasiyaya-baslanilir
Oxunma sayı: 913

İtaliyada sentyabrın 20-dən koronavirus vaksininin üçüncü dozasının tətbiqinə başlanılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Vaksinasiyaya müxtəlif yanaşı xəstəlikləri olanlardan başlanacaq.

Ölkədə son sutkada 318 min 593 koronavirus testi aparılıb, onun 4 min 21-i müsbət çıxıb. Bununla pandemiyanın başlanmasından bəri yoluxanların sayı 4 milyon 613 min 214-ə çatıb.