İtkin düşmüş balıqçının axtarışları davam etdirilir

itkin-dusmus-baliqcinin-axtarislari-davam-etdirilir
Oxunma sayı: 703

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, axtarışlara nazirliyin Aviasiya dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 kilometr dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb.

Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.