İyirmidən çox ölkənin hüquqşünasları Bakıdadır - Fotolar

iyirmiden-cox-olkenin-huquqsunaslari-bakidadir
Oxunma sayı: 2024

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Arbitraj Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, yerli və xarici hakimlər, beynəlxalq arbitraj üzrə ekspertlər və hüquqşünaslar iştirak edir.

Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva tədbirin əhəmiyyəti haqda danışıb.

K. Mehdiyeva bildirib ki, tədbir ölkəmizdə bu sahədə keçirilən ilk beynəlxalq konfransdır. Bu səbəbdən həm yerli, həm də xaricdən gələn hüquqşünaslar üçün çox önəmli tədbirdir:

“Tədbirdə 20-dən çox ölkədən hüquqşünaslar iştirak edir. Bu gün onlar öz təcrübələrini bizimlə bölüşəcəklər. Həmçinin konfransda mürəkkəb hüquqi mövzular müzakirə olunacaq. Arbitraj mübahisələrin alternativ həlli üsulu kimi çox önəmlidir”, - deyə xanım sədr qeyd edib.

Sail Ağasəlim

Fotolar: Pərvin Zeynal