“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki. kitabda kinoulduzun həyatda baş vermiş bir neçə bilinməyən faktdan söz açılıb ki, bu da oxucuları xeyli təəccübləndirib.
Həmin faktları təqdim edirik:
- Depardyenin anası onu dünyaya gətirmək istəmirmiş. Hətta bir neçə dəfə evdə abort da etdirməyə çalışıb. O, ailənin üçüncü uşağı olub.
- Onun Rusiya predizenti Putinlə çox yaxşı əlaqələri var. Putin ən çox aktyorun xuliqan stilini bəyənirmiş.
- Jerar Depardye 2008-ci ildə 37 yaşında ölən oğlu Qiyomla heç vaxt dil tapa bilməyibmiş. Oğlu dəfələrlə həbsxanaya düşüb və alkoqolizmdən əziyyət çəkirmiş. Atası isə onunla necə davranacağını bilməyib.
- Gənclik vaxtlarında pul qazanmaq üçün Depardye tez-tez cinayət də törədərmiş. Bunlara avtomobillərdən, məzarlıqdan oğurluq, cibgirlik də daxil imiş.
- Aktyor 10 yaşı olanda özünü “satırmış”. Onun yaşından bir az böyük görünməyi kişiləri cəlb edirmiş. Depardye arada müştərilərini də soyurmuş. Seksual xarakterli münasibətlər sayəsində kinoulduz gey cəmiyyətləri ilə münasibət yaradıb, teatra düşüb və gələcəyin məşhur aktyoru olub.
Son xəbərlər
Son Xəbərlər