Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış baş verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, birinci partlayış Kabildə bir xəstəxananın yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, hücum kamikadze tərəfindən həyata keçirilib.
İkinci partlayışın isə Kabildə hərbi hospitalın yaxınlığında baş verdiyi bildirilir. Partlayışdan sonra atışma səsləri eşidilib.
İnsidentlər nəticəsində ölən və xəsarət alanlarla bağlı hələ ki, məlumat verilməyib.
“Reuters” agentliyinin məlumatına görə, partlayışlar nəticəsində 15 nəfər ölüb, 34 nəfər yaralanıb.
***
Yerli KİV-in verdiyi məlumata görə, Kabildə hərbi hospitala hücum nəticəsində 23 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
***
Kabildə partlayışda ölənlərin sayı 25-ə yüksəlib.
Son xəbərlər
Son Xəbərlər