Kamal Quliyev mediadan qacan futbolçular barəsində danışdı

kamal-quliyev-mediadan-qacan-futbolcular-baresinde-danisdi
Oxunma sayı: 1020


“Qafqazinfo” xəbər verir ki,  bu barədə “Rekord.az -a açıqlama verən "Neftçi"nin məşqçisi Kamal Quliyev bu tip futbolçuları sərt tənqid edib

 

Millimizin sabiq futbolçusu mətbuata bu cür yanaşmanı düzgün saymır: "Bizi azarkeşlərə, geniş kütləyə tanıdan siz jurnalistlərsiniz. Mətbuat olmasa kimdir bizi tanıyan? Əlbəttə ki, bunun qarşılığında futbolçu da daim mətbuata hörmətlə yanaşmalıdır. Necə yəni uduzanda müsahibə vermirəm? Udanda ağızdolusu danışırsansa, məğlub olanda da çıxıb bu məğlubiyyətin hesabatını verməlisən. Məni tanıyanlar bilir ki, futbolçu olduğum dönəmdə də hər zaman mətbuata açıq olmuşam. Jurnalistlərdən gizlənən futbolçulara da yaxşı baxmıram".