“Kamaz”dakı yanğın belə söndürüldü - Video

kamazdaki-yangin-bele-sonduruldu
Oxunma sayı: 955

Bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yük avtomobilində yanğın baş verib.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.