Kanadada 40-dək şaxtaçı yer altında qalıb

kanadada-40-dek-saxtaci-yer-altinda-qalib
Oxunma sayı: 1136

Kanadanın Sadberi şəhəri yaxınlığında azı 39 nəfər yeraltı mədəndə qalıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, şaxtaçıların neçə müddətdir yer altında olduqları məlum deyil. Məlumata görə “Totten Mine” adlı şaxtada 200-dək işçi çalışır.

Bildirilir ki, şaxtaçılar yer altına endikdən bir neçə sata sonra mədəndə uçqun baş verib. Hadisə yerində xilasedicilər işləyir.