Kannavaro göndərildi

kannavaro-gonderildi
Oxunma sayı: 2194

Xorvatiyanın “Dinamo” klubu baş məşqçi Fabio Kannavaro ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib

Fabio Kannavaro ötən ilin 29 dekabrında “Dinamo”nun baş məşqçisi təyin olunmuşdu. Paytaxt klubu ölkə çempionatında 28 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.