Məktəblini piyada keçidində maşın vurdu - Sürücü saxlanıldı+Yenilənib

mekteblini-piyada-kecidinde-masin-vurdu
Oxunma sayı: 3079

Qubada məktəblini maşın vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.

Belə ki, “Ford Fusion” markalı avtomobil piyada keçidindən yolu keçmək istəyən məktəbli, 2014-cü il təvəllüdlü Teymurov İmran Rahib oğlunu vurub.

Sürücü Muradov Kənan Rauf oğlu məktəblini Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

***

APA-nın məlumatına görə, hadisəni törədən sürücü 31 yaşlı Muradov Kənan Rauf oğlu polisə təslim olub.

O, yaralını Quba rayon Mərkəzi Xəstəxanasına aparıb, daha sonra Quba Rayon Polis Şöbəsinə gələrək yol-nəqliyyat hadisəsi törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.