Karlovu Putin şəxsən yola saldı - Dəfndən fotolar

karlovu-putin-sexsen-yola-saldi
Oxunma sayı: 17082

Ankarada qətlə yetirilən səfir Andrey Karlov Moskvada dəfn olunub.

Qafqazinfo”nun “Tvain.ru”ya istinadən verdiyi məlumata görə, səfir üçün Rusiya Xarici İşlər Nazirliyində cənazə mərasimi keçirilib.

Mərasimə Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko, XİN rəhbəri Sergey Lavrov, nazirlik işçiləri, siyasi partiya liderləri ilə Karlovun ailə üzvləri və yaxınları iştirak edib.

Daha sonra o, Ximkinski qəbiristanlığında hərbi mərasimlə torpağa tapşırılıb.

Mərasimdə fəxri qarovul dəstəsi və hərbi orkestr iştirak edib, tabut Rusiya bayrağı ilə örtülüb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində qətlə yetirilib. Qatil 22 yaşlı türkiyəli polis Mevlüt Mert Altıntaş olub. Hücumdan sonra o, polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Rusiya hökuməti baş vermiş hadisəni terror aktı kimi dəyərləndirib.

Rusiya İstintaq Komitəsi qətllə bağlı cinayət işi qaldırıb.