Karneginin kitabı Bakıda çap edildi

karneginin-kitabi-bakida-cap-edildi
Oxunma sayı: 1503


“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur. Kitab geniş oxucu kütləsinə ünvanlanıb.

Qeyd edək ki, bu kitabın 2-ci nəşridir və ilk nəşr də professor Həmid Vəliyevin tərcüməsində 1993-cü ildə kütləvi tirajla işıq üzü görüb və oxucular arasında böyük rəğbətlə qarşılanıb.