Keçmiş arvadı ilə məhkəməlik oldu

kecmis-arvadi-ile-mehkemelik-oldu
Oxunma sayı: 673

Türkiyəli məşhur müğənni Mustafa Sandal 7 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Emina Jahoviçlə yenidən məhkəməlik olub.

“Qafqazinfo” xəbər verir ki, 2018-ci ildə boşanan cütlüyün övladları ananın himayəsində qalmışdı. 

Məhkəmə qərarına görə, cütlüyün Beykozda olan evi satılmalı, satışdan əldə olunan 2 milyon dollar Jahoviçə ödənməli, 500 min dollar isə uşaqların təhsil xərclərinə ayrılmalı, M.Sandal keçmiş həyat yoldaşına Serbiyada ev almalı, aliment ödəməli və ehtiyac olduqda Emina və uşaqları üçün avtomobil kirayələməli idi.

Sabah qəzetinin məlumatına görə, Emina Jahoviç protokolda nəzərdə tutulan bəzi öhdəliklərin yerinə yetirilmədiyini bildirərək İstanbul Ailə Məhkəməsinə müraciət edib. Jahoviç ərizəsində Mustafa Sandalın aliment ödəmələrini gecikdirdiyini və avtomobil icarəsi öhdəliyini yerinə yetirmədiyini qeyd edib.

Məhkəmənin yaxın günlərdə hər iki tərəfin iddialarını qiymətləndirərək qərar verməsi gözlənilir.