Keçmiş repçi baş nazirliyə namizəd oldu

kecmis-repci-bas-nazirliye-namized-oldu
Oxunma sayı: 411

Nepalda keçmiş repçi və hazırda Katmandu meri olan Balendra Şah 2026-cı ilin martında keçiriləcək ümumi seçkilərdə baş nazirliyə namizədliyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Rastriya Svatantra Partiyası (RSP) ilə ittifaq yaradıb.

Razılaşmaya əsasən, o, parlament qrupunun lideri və baş nazirliyə namizəd olacaq. RSP sədri Rabi Lamiçhane isə partiyaya rəhbərliyi davam etdirəcək.

Nepalda Nümayəndələr Palatasına 275 üzvün seçilməsi üçün ümumi seçkilər 5 mart 2026-cı ildə keçiriləcək.

Bu il sentyabrın əvvəlində hökumətin sosial media platformalarını bloklaması ölkədə kütləvi etirazlara səbəb olub. Hadisələr zamanı 74 nəfər ölüb, baş nazir Xadqa Prasad Şarma Oli istefa verib. Sentyabrın 12-də Suşila Karki müvəqqəti baş nazir təyin olunub.