Kəlbəcərdəki qəzada yaralanan sürücü 3 gün sonra öldü

kelbecerdeki-qezada-yaralanan-surucu-3-gun-sonra-oldu
Oxunma sayı: 1330

Martın 2-də saat 15 radələrində Kəlbəcərdə baş vermiş qəzada xəsarət alan şəxs 3 gün sonra ölüb.

“Qafqazinfo” xəbər verir ki, şirkətlərdən birində sürücü işləyən 1980-cı il təvəllüdlü Heydərov Yasin Muxtar oğlunun idarə etdiyi "MAN" markalı yük maşını Qamışlı kəndində aşıb.

Ağır vəziyyətdə Gəncə Şəhər Mərkəzi xəstəxanasına aparılan 44 yaşlı sürücü martın 5-də orada ölüb.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.