Kelloq Ukraynaya gedir

kelloq-ukraynaya-gedir
Oxunma sayı: 1304

ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq bu gün Ukraynaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters”in müxbiri Qrem Slatteri məlumat yayıb.

Onun sözlərinə görə, Kelloq Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən mərasimlərdə iştirak edəcək.

“O, həmçinin liderlərlə bu həftəki diplomatik fəaliyyəti müzakirə edəcək. Bu, ABŞ, Ukrayna və Avropanın təhlükəsizlik zəmanəti ilə bağlı razılığa gəlməsi fonunda baş verir”, - jurnalist bildirib.