Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto - Yenilənib

kenar-dairevi-yolda-qeza
Oxunma sayı: 4065

Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Toyota” markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Biləcəri-Sədərək yolu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospital olunub.

Onlara kəllə sümüyünün sınığı, başın açıq yarası, epidural qanaxma diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

1972-ci il təvəllüdlü pasiyent (kişi) cərrahi əməliyyata qəbul olunub.

Vəziyyəti ağır qiymətləndirilən 2004-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 

1975-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”.